"Modenis" MMC-nin müraciətinə əsasən lisenziyasında planlı dəyişiklik həyata keçirilib
"Modenis" MMC ("eManat") tərəfindən həyata keçirilən fəaliyyətlər çərçivəsində şirkətin gələcək istiqamətləri və hüquqi strukturuna uyğun olaraq planlı dəyişikliklər tətbiq edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 iyul 2025-ci il tarixli Qərarına əsasən, "Modenis" MMC-nin lisenziyasında yer alan “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti şirkətin rəsmi müraciəti əsasında ləğv edilmişdir. "Modenis" MMC (eManat) fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək. Bu addım şirkət daxilində aparılan strateji planlaşdırma nəticəsində qəbul olunmuşdur və məqsəd fəaliyyətin daha səmərəli strukturlaşdırılmasıdır.
Qeyd edək ki, bu dəyişiklik istifadəçilər üçün heç bir əlavə risk və ya narahatlıq doğurmur. “Modenis” MMC bundan sonra da ödəmə xidmətləri üzrə fəaliyyətini tam həcmdə və dəyişmədən davam etdirəcəkdir. Sadəcə olaraq, elektron pul üzrə xidmətlərin göstərilməsi istiqamətində lisenziya hissəsi dayandırılmışdır ki, bu da şirkətin gələcək fokus sahələrinin daha dəqiq müəyyən edilməsi ilə bağlıdır.